Çempionlar Liqasın finalı Türkiyənin İstanbul şəhərində keçirilməyəcək. Bu barədə “Sky Sports” məlumat yayıb. “Mançester Siti” və “Çelsi” arasında keçiriləcək görüş Portuqaliyada baş tutacaq. Qarşılaşma “Portu”nun ev oyunlarını keçirdiyi “Draqau” stadionunda reallaşacaq. Tribunalara isə 11 min azarkeş buraxılacaq.