“Borussiya” Almaniya kubokunu darmadağınla qazandı - VİDEO

14-05-2021, 06:19           
“Borussiya” Almaniya kubokunu darmadağınla qazandı - VİDEO
Almaniya kubokunun final matçında “Leypsiq” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, hazırda ölkə çempionatında müvafiq olaraq 2-ci və 4-cü yerləri tutan klubların kubok uğrunda həllədici görüşü dortmundluların böyük üstünlüyü ilə başa çatıb.

Holand və Sançonun dubl etdikləri oyunda “Leypsiq”in gücü yalnız bir qola çatıb ki, onun da müəllifi Olmo olub.

Qeyd edək ki, “Borussiya” üçün bu, tarixi ərzində sayca beşinci ölkə kubokudur. Turnirdə ən çox qələbə qazanan isə heç şübhəsiz ki, 20 dəfə ölkə kubokuna yiyələnmiş “Bavariya”dır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru