"Beşiktaş" rəhbərliyinin çempionluq üçün verəcəyi mükafat açıqlandı
16-05-2021, 10:29
Türkiyənin "Beşiktaş" klubunda çempionluq üçün futbolçulara veriləcək mükafatın məbləği bəlli olub.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, "qara qartallar"ın rəhbərliyi texniki heyət və oyunçulara ümumilikdə 2 milyon ABŞ dolları verməyi qərara alıb.
Qeyd edək ki, "Beşiktaş" çempionatın sonunda "Qalatasaray" qədər - 84 xal toplasa da, top fərqinə görə çempion olub.