İngiltərədən “Beşiktaş”a Çempionlar Liqası müjdəsi

24-05-2021, 07:53           
İngiltərədən “Beşiktaş”a Çempionlar Liqası müjdəsi
Türkiyə Super Liqasının builki qalibi olan “Beşiktaş” klubu UEFA Çempionlar Liqasına birbaşa qrup mərhələsindən qatılmaq hüququ əldə edib.

“Haber Global”ın məlumatına görə, bu, İngiltərə Premyer Liqasının son tur matçlarının nəticələrinə əsasən, Çempionlar Liqasının builki finalisti “Çelsi”nin də ÇL-ə qatılma haqqı qazanmasından sonra mümkün olub.

Qeyd edək ki, İngiltərə çempionatının son turunda “Mançester Siti” və “Mançester Yunayted”lə yanaşı, “Çelsi” və “Liverpul”un da UEFA-nın əsas klub turnirinə qatılacağı dəqiqləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru