UEFA rəhbəri Konfrans Liqasının yaradılması səbəbini açıqladı

25-05-2021, 07:05           
UEFA rəhbəri Konfrans Liqasının yaradılması səbəbini açıqladı
UEFA prezidenti Aleksander Çeferin növbəti mövsumdən start götürəcək yeni turnirin - Konfrans Liqasının yaradılması səbəbindən danışıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Biz turnirlərimizi daha inkluziv etmək niyyətindəyik – klublara və azarkeşlərə Avropa titulları uğrunda mübarizə aparmaq şansı vermək istəyirik. UEFA Konfrans Liqasının yaradılması məhz bununla bağlıdır.

UEFA-ya 55 milli assosiasiya daxildir, ona görə daha çox assosiasiyaları təmsil edən klublara Avropada mümkün qədər çox çıxış etmək şansı vermək lazımdır”, - Çeferin deyib.

Qeyd edək ki, Konfrans Liqası üçüncü Avrokubok turniri olacaq. Turnirdə 184 komanda iştirak edəcək, iştirakçılar sırasına Çempionlar Liqası və Avropa Liqasından 46 klub qatılacaq. Qrup mərhələsindən əvvəl üç seçmə mərhələsi və pley-off raundu keçiriləcək, birbaşa qrup mərhələsinə heç bir komanda düşməyəcək. Qrup mərhələsində 32 komanda iştirak edəcək, onlardan 10-u Avropa Liqasının pley-off raundunda mübarizəni dayandıran komandalar olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru