“Qarabağ” daha bir futbolçu ilə müqavilə imzaladı 26-05-2021, 00:04 "Qarabağ" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.Sfera.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.Otuz yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb. Facebook-da paylaş