AVRO-2020: Danimarka millisinin heyəti açıqlandı

26-05-2021, 07:12           
AVRO-2020: Danimarka millisinin heyəti açıqlandı
Danimarka milli komandasının Avropa çempionatı üçün sifariş ərizəsi müəyyənləşib.

"Report"un məlumatına görə, baş məşqçi Kasper Hülmandın açıqladığı siyahıda 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 8 hücumçu yer alıb.

Qapıçılar: Kasper Şmeyxel ("Lester", İngiltərə). Yonas Lessl ("Everton", İngiltərə), Frederik Rennov ("Şalke", Almaniya)

Müdafiəçilər: Matias Yorgensen ("Kopenhagen"), Nikolay Boylesen ("Kopenhagen"), Simon Kyaer ("Milan", İtaliya), Andreas Kristensen ("Çelsi", İngiltərə), Yannik Vesterqor ("Sautgempton", İngiltərə), Yoahim Andersen ("Fulhem", İngiltərə), Daniel Vass ("Valensiya", İspaniya), Yens Strüger Larsen ("Udineze", İtaliya), Yoakim Mehle ("Atalanta", İtaliya)

Yarımmüdafiəçilər: Kristian Eriksen ("İnter", İtaliya), Tomas Dileyni ("Borussiya" Dortmund, Almaniya), Pyer-Emil Heybyorq ("Tottenhem", İngiltərə), Matias Yensen ("Bredford", İngiltərə), Kristian Nerqor ("Bredford", İngiltərə), Andreas Kristiansen ("Malmö", İsveç)

Hücumçular: Kasper Dolberq ("Nitsa", Fransa), Yonas Vinn ("Kopenhagen"), Andreas Kornelius ("Parma", İtaliya), Martin Braytvayt ("Barselona", İspaniya), Robert Skov ("Hoffenhaym", Almaniya), Mikkel Damsqor ("Sampdoriya", Almaniya), Yussuf Poulsen ("Leyptsiq", Almaniya), Andreas Skov Olsen ("Bolonya", İtaliya)

Qeyd edək ki, Danimarka millisi B qrupunda Belçika, Finlandiya və Rusiya ilə birgə yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru