Zidan "Real Madrid"i tərk etməyə qərar verdi

27-05-2021, 06:16           
Zidan "Real Madrid"i tərk etməyə qərar verdi
Zinəddin Zidan İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postunu tərk etməyi qərara alıb.

"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb. Fransalı mütəxəssisin qərarının səbəbi məlum deyil.

Onu Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir. Zidan ilk dəfə 2018-ci ildə istefa verərkən, "kral klubu"nun rəhbərliyi Alleqri ilə əlaqə saxlayıb. Lakin həmin vaxt "Yuventus"un sükanı arxasında olan italiyalı mütəxəssis rədd cavabı verib.

Qeyd edək ki, "Real Madrid" 2020/2021 mövsümünü gümüş medalla başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru