Zidan “Real”ı tərk etdi 27-05-2021, 09:24 Madridin “Real” futbol klubunun baş məşqçi Zinəddin Zidan növbəti mövsümdən İspaniya klubunu çalışdırmayacaq.Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.Xatırladaq ki, Z.Zidan ikinci dəfə “Real”ın sükanı arxasına 2019-cu ildə qayıdıb.O, “Real”a İspaniya çempionluğunu və İspaniya Superkubokunu qazandırıb.Qeyd edək ki, Madrid klubu 2020-2021-ci il mövsümünü gümüş medalla başa vurub.oxu/ Facebook-da paylaş