“Yuventus”un yeni baş məşqçisi açıqlandı

28-05-2021, 22:01           
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
İtaliyanın “Yuventus” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Turin təmsilçisi Massimiliano Alleqriyə tapşırılıb. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssis bu vəzifədə Andrea Pirlonu əvəzləyib.

Müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin “qoca sinyora” ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.

Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2014 -2019-cu illərdə “Yuventus”a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru