Ponomaryova "Sabah"da yeni vəzifə verildi

29-05-2021, 00:07           
Ponomaryova "Sabah"da yeni vəzifə verildi
“Sabah”da yeni təyinat gerçəkləşib.

Qol.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah”ın Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru