UEFA-dan yeni qərar

29-05-2021, 11:04           
UEFA-dan yeni qərar
UEFA Avrokuboklarda səfər qolu qaydasını tamamilə ləğv etmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Martin Ziqler məlumat yayıb. Qurumun bu gün keçirilən iclasında səfər qolu qaydasının tamamilə ləğv edilməsi qərara alınıb. Bildirilir ki, sözügedən fikir klublar tərəfindən də dəstəklənib.

Əvvəllər Avropanın aparıcı klubları yalnız hər iki matçın əsas vaxtında vurulan səfər qollarının hesablanacağı konsepsiyasına sadiq qalaraq dəyişiklikləri rədd etmişdilər. İki görüşün sonunda əlavə vaxt təyin olunarsa, qonaq komanda səfərdə qalib gəlmək üstünlüyünə malik ola bilməz. İndi isə bu bəndin mütləq çıxarılması barədə razılıq əldə edilib.

Dəyişiklik UEFA İcraiyyə Komitəsinin iclasından sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru