Azərbaycanın aerodans komandası Bakıda keçirilən aerobika üzrə dünya çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, kollektiv üzvləri hakimlərdən 18,400 bal alıb.
Tərkibi Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədovdan ibarət komanda daha əvvəl Avropa çempionu olub.
Gümüş medalı Rusiya (18 xal), bürünc medalı isə Macarıstan (17,800 xal) komandası əldə edib.
Yarışda 22 ölkədən171 gimnast birincilik uğrunda mübarizə aparır.