“Çelsi” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO

30-05-2021, 06:04           
“Çelsi” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb - 1:0.

00:05

Matçda ikinci hissə başlayıb.

23:52

İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk yarı başa çatıb.

23:48

“Mançester Siti” – “Çelsi” matçında hesab açılıb.

42-ci dəqiqədə “Çelsi”nin futbolçusu Haverz qapıçı ilə təkbətəkə çıxaraq fərqlənib 1:0.





23:02

UEFA Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu start götürüb.

Qarşılaşma Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda keçirilir.

22:51

Çempionlar Liqasının finalında 23:00-da başlayacaq "Mançester Siti" - "Çelsi" matçı üçün heyətlər açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Mançester Siti" : Ederson, Uolker, Stounz, Diaş, Kanselu, Silva, Zinçenko, Gündoğan, De Brüyne, Mahrez, Foden

Ehtiyat oyunçular: Steffen, Trafford, Ake, Sterlinq, Karson, Aquero, Laporte, Ferran Torres, Mendi, Fernandinyo, Qarsiya, Rodri, Aquero, Konselu,

"Çelsi": Mendi, Aspilikueta, Toaqo Silva, Rudiqer, Ceyms, Jorjinyo, Kante, Çiluell, Maunt, Haverz, Verner

Ehtiyat oyunçular: Kepa, Kabalyero, Alonso, Kristensen, Abraham, Pulişiç, Zuma, Jiru, Hadson-Odoi, Zieş, Qilmor, Emerson
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru