Türkiyə yığması Qvineyanı məğlub edə bilmədi

1-06-2021, 07:07           
Türkiyə yığması Qvineyanı məğlub edə bilmədi
Avropa çempionatına hazırlaşan Türkiyə milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.

"Report"un məlumatına görə, "ay-ulduzlular" Antalya stadionunda Qvineya yığması ilə üz-üzə gəlib. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində "Neftçi"dən dəvət olunmuş yarımmüdafiəçi Mamadu Kane start heyətində meydana çıxıb və sonadək oynayıb. Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasını məğlubiyyətə uğradıb - 2:1. Hazırlığın ikinci mərhələsi iyunun 2-dən Almaniyada başlayacaq. Son yoldaşlıq görüşü iyunun 3-də Moldovaya qarşı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru