“Bavariya”nın baş direktoru Karl-Hayns Rummenigge vəzifəsindən istefa verəcək.
Qol.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 65 yaşlı funksioner iyunun 30-da “Bavariya”dan öz istəyi ilə ayrılacaq. Onu komandanın keçmiş qapıçısı Oliver Kan əvəzləyəcək.
Qeyd edək ki, Rummenigge 1991-ci ildən “Bavariya”da müxtəlif vəzifələrdə işləyib. Həmçinin o, Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.