Azərbaycanın iki boksçusu döyüşə çıxmaqdan imtina etdi, biri döyüşmədən qalib oldu

8-06-2021, 00:00           
Azərbaycanın iki boksçusu döyüşə çıxmaqdan imtina etdi, biri döyüşmədən qalib oldu
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin yarımfinal qarşılaşmasından imtina etməsi səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən, İspaniyanı təmsil edən dağıstanlı Qaziməhəmməd Jalidov Dominqeslə mübarizədən imtina edib.

Yığmamızın digər boksçularından Lorenso Sotomayor (-69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Azərbaycan əsilli Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından, bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri sabah olacaq.

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandamızın beş üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru