Azərbaycan cüdoçusu medalın bir addımlığında büdrədi

8-06-2021, 00:03           
Azərbaycan cüdoçusu medalın bir addımlığında büdrədi
Büdapeştdə keçirilən dünya çempionatının yarımfinalında cüdoçumuz Orxan Səfərov Yaponiya təmsilçisinə uduzub, üçüncü yer uğrunda mübarizədə isə rusiyalını məğlub edə bilməyib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, medal qazanmağa ən şanslı olan Orxan Səfərov (66 kq) pyedestalın bir addımlığında mübarizəni dayandırıb. Dünya birinciliyinin mərhələlərində o, Natan Barns (İrlandiya), "Sardor Nurillayev (Özbəkistan), Veyl Ezin (Əlcəzair), Kilian Le Bluşa (Fransa) qalib gəlib. Ancaq yarımfinalda Səfərov yaponiyalı Yoşiro Maruyamaya uduzub. Bürünc medal qazanmaq şansını isə Yaqub Şamilova (Rusiya) uduzmaqla əldən verib.

66 kq-dək çəki dərəcəsində çıxış edən daha bir cüdoçumuz Nicat Şıxəlizadə startda Lusian Dumitreskuya (Rumıniya) uduzaraq yarışı dayandırıb.

Qadınlar arasında yarışda Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Tetyana Şukvaniyə (Gürcüstan) qalib gəlsə də, sonra Fransa təmsilçisi Astrid Qnetoya uduzaraq çıxışını tamamlayıb.

Çempionatın ilk günündə Azərbaycan yığma komandasına Kəramət Hüseynov (60 kq) bürünc medal qazandırıb. O, üçüncü yer uğrunda Qazaxıstan təmsilçisi Maqjan Şamşadinə qalib gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru