“Grand Chess Tour”: Şahmatçılarımız məğlubiyyətsiz irəliləyirlər

8-06-2021, 06:02           
“Grand Chess Tour”:
İyunun 7-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Trend xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər. Üçüncü turda Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb. Qeyd edək ki, təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb.

Turun digər oyunlarında Rumıniyanın digər təmsilçisi Konstantin Lupulesku niderlandlı Aniş Girini məğlub edib, Uesli So (ABŞ)-Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Fabiano Karuana - ermənistanlı Levon Aronyan görüşləri də heç-heçə ilə başa çatıb.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru