Argentina Amerika Kuboku 2021-də iştirak edəcəyini açıqladı

8-06-2021, 06:25           
Argentina Amerika Kuboku 2021-də iştirak edəcəyini açıqladı
Futbol üzrə Argentina milli komandasının mətbuat xidməti yığmanın Amerika Kuboku 2021-də iştirakını təsdiqləyib.

Müvafiq press-reliz “Twitter”də dərc edilib.

“Argentina millisinin Amerika Kuboku 2021-də iştirakı bizim idman ruhumuzu əks etdirir”, - Mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, daha əvvəl Braziliya millisinin Amerika Kuboku 2021-də iştirakdan imtina etdiyi məlum olub.

Qeyd edək ki, Kolumbiya və Argentina ardıcıl olaraq Amerika Kuboku 2021 oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edilib.

Səbəb koronavirusla əlaqədar sözügedən ölkələrdəki epidemioloji vəziyyətdir.

Lakin Amerika Kuboku 2021-yə ev sahibliyi edəcək Braziliyada da epidemioloji vəziyyət ürək açan deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru