"Çelsi” Erlinq Hollandın transferi ilə bağlı danışıqlara başladı

8-06-2021, 08:08           
"Çelsi” Erlinq Hollandın transferi ilə bağlı danışıqlara başladı
İngiltərənin "Çelsi" futbol klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Hollandın transferində maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

Məlumata görə, "Çelsi" Almaniya klubu ilə norveçli hücumçunun keçidi haqqında danışıqlara başlayıb. Qeyd edilir ki, Hollandın keçid imkanı Tomas Tuxelin çalışdırdığı "Çelsi"ni cəlb edir, ancaq, onun transferi London klubuna 200 milyon avroya başa gələ bilər.

Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Red Bull Zalsburq"dan keçib. Norveçlinin komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Hücumçu 2020/2021 mövsümündə "Borussiya"da 40 matç keçirərək, 40 qol vurub və 11 məhsuldar ötürmə verib. "Transfermarkt"” oyunçunun bazar qiymətini 110 milyon avro qiymətləndirir.

Daha əvvəl bildirilirdi ki, Erlinq Holand "Real Madrid" klubuna keçmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru