Türkiyənin Bakıdakı oyunu ilə bağlı karikatura - Foto
9-06-2021, 06:14
Məşhur karikaturaçı Omar Momani Türkiyə millisinin Avro-2020-nin A qrupunda Bakıda keçirəcəyi oyunlarla bağlı rəsm çəkib.
Kult.az xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını və Alov qüllələrini təsvir edib.
Rəsmin üzərində isə bu sözlər yazılıb: "Görəsən, qardaşlar Türkiyə millisinə özlərini evdəki kimi hiss etdirə biləcək?"
Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.