AVRO-2020 Türkiyə - İtaliya oyunu ilə start götürür

11-06-2021, 07:00           
AVRO-2020 Türkiyə - İtaliya oyunu ilə start götürür
Bu gün AVRO-2020-yə start veriləcək.

Apasport.az saytının məlumatına görə, yarışda qitənin 24 ən güclü komandası mübarizə aparacaq.
Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnir 31 gün davam edəcək. Sayca 16-cı olan qitə çempionatının iştirakçıları hərəsində 4 komanda olmaqla 6 qrupda qüvvəsini sınayacaq.

A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrə
B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi)
C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya
E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, Slovakiya
F qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi)

Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda 1/8 finala yüksələcək. 51 matçın keçiriləcəyi çempionatın final matçı iyulun 11-də baş tutacaq.

2020-ci ildə keçirilməli olan, amma koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020-nin açılış matçı İtaliyanın paytaxtı Romada təşkil olunacaq. Qardaş Türkiyə millisi A qrupunda İtaliya ilə üz-üzə gələcək.

AVRO-2020-nin final mərhələsi
I tur, A qrupu
11 iyun
23:00. Türkiyə - İtaliya
Baş hakim: Danni Makkeli (Niderland)
Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru