Alman klubu gənc futbolçuya görə “Mançester Yunayted”dən 95 milyon avro tələb edir

11-06-2021, 07:39           
Alman klubu gənc futbolçuya görə “Mançester Yunayted”dən 95 milyon avro tələb edir
İngiltərə milli komandasının və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço “Mançester Yunayted”ə transfer olunmaq ərəfəsindədir.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz “Twitter” səhifəsində məlumat yayıb.

Mənbə qeyd edir ki, yarımmüdafiəçinin “Qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Futbolçunun qiymətinə gəlincə, F. Romano qeyd edib ki, hazırda “Mançester Yunayted” bu məsələ ilə bağlı Almaniya klubu ilə danışıqlar aparır.

“Borussiya” 21 yaşlı futbolçuya görə “Mançester Yunayted”ən 95 milyon avro (196 milyon manat) tələb edir.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.