Azərbaycan bayraqları İtaliya – Türkiyə oyununa niyə buraxılmadı? – AÇIQLAMA

12-06-2021, 00:02           
Azərbaycan bayraqları İtaliya –
Bir qədər sonra Avro-2020-nin açılış oyunu start götürəcək.

Sözügedən qarşılaşma İtaliya və Türkiyə milliləri arasında baş tutacaq.
Ancaq bu oyunun keçiriləcəyi Romanın “Olimpiko” stadionuna Azərbaycan bayraqları ilə daxil olmaq istəyən bir qrup həmyerlimiz “sürpriz”lə üzləşib. Belə ki, arenaya yalnız Türkiyə və İtaliya bayraqlarının daxil edilməsinə icazə verilib və digər bayraqlar stadionun giriş hissəsində qalmalıdır.

“Milli dəstə” azarkeş qrupunun rəhbəri Şamil Mustafayev Offsideplus.az-a açıqlamasında bunun UEFA-nın təhlükəsizlik qərarı ilə bağlı olduğunu deyib:

“Bu oyunda ancaq Türkiyənin və İtaliyanın bayraqlarını dalğalandırmağa icazə var. Bu, UEFA-nın dünən qəbul etdiyi təhlükəsizlik qərarı ilə bağlıdır. Biz bayrağımızı stadiona keçirmək istəsək də alınmadı. Ancaq dövlət atributumuzu çöldə təhlükəsiz yerə qoymağımızı da təmin etdilər”.

Qeyd edək ki, İtaliya – Türkiyə oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru