Dünya kubokunda halı pisləşən Məmmədyarov əməliyyat olunub - FOTO

27-07-2021, 12:02           
Dünya kubokunda halı pisləşən Məmmədyarov əməliyyat olunub - FOTO
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov əməliyyat olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə şahmatçının özü sosial şəbəkələr vasitəsilə məlumat verib. O bildirib ki, Soçidə baş tutan dünya çempionatında səhhətində problem yaranıb və buna görə də əməliyyat olunmağa qərar verib.
Ş. Məmmədyarovu uroloq-androloq Araz Bayramov əməliyyat edib. O, bu barədə sosial şəbəkədə yazıb:
“Salam, dostlar. Soçidə dünya kubokunda halım pis idi və gələn kimi çox önəmli əməliyyat keçirdim. Şəkildəki bu hörmətli doktorlara dərin təşəkkürümü bildirirəm. Bayramovlar ailəsi həm gözəl həkim, həm də şahmatçı ailəsidir. Təşəkkürlər, artıq evdəyəm”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru