Tokio-2020: Daha bir cüdomuz medalsız qaldı

27-07-2021, 11:05           
Tokio-2020: Daha bir cüdomuz medalsız qaldı
Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib.

Görüşün sonlarında Fətiyev ayağındakı zədə ilə bağlı tibbi yardıma ehtiyac duyub. Əsas vaxtda qalib müəyyənləşməyib. Cüdoçu qızıl xal bölümündə növbəti dəfə həkimlərə müraciət edib.

Qızıl xal bölümündə rəqibinə vazari ilə məğlub olan Fətiyev olimpiada ilə vidalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru