Fərid Mansurov da nazirlikdən getdi, Akademiyada işləyəcək

8-12-2021, 10:55           
Fərid Mansurov da nazirlikdən getdi, Akademiyada işləyəcək
Gənclər və İdman Nazirliyində gözlənilən növbəti ayrılıq baş verib.

Oxu.Az-ın xəbərinə görə, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan ayrılıb.
O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyin olunacağı əldə olunan xəbərlər arasındadır.

Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən ayrılacağını ilk olaraq sportinfo.az saytı xəbər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru