Azərbaycan klubunda baş məşqçi futbolçulardan pul yığır – ÖZBAŞINALIQ

25-03-2016, 22:54           

Bakının “Rəvan” klubunda pulsuzluq o həddə çatıb ki, qanunsuzluqlar baş alıb gedir.

Qaynar.info-nun əldə etdiyi məlumat belə bir faktın olmasından xəbər verir.

Belə ki, Nuru Əliyevin sahibi olduğu “Rəvan”ın 17 yaşadək komandasının baş məşqçisi Adil Qasımov kluba yeni gəlsə də, dələduzluğundan qalmır. O, klubdan maaş ala bilmədiyi üçün bunun əvəzini futbolçulardan çıxır. Ayda 20-30 manat hər futbolçudan onun cibinə özbaşına şəkildə gedir.

Qeyd edək ki, Adil Qasımovdan əvvəlki baş məşqçi məhz klubda maliyyə problemləri olduğu üçün komandadan ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru