Cokoviç Avstraliya hökumətindən altı milyon dollar təzminat tələb edəcək

21-01-2022, 10:54           
Cokoviç Avstraliya hökumətindən altı milyon dollar təzminat tələb edəcək
Serb tennisçi Novak Cokoviç Avstraliya hökumətini məhkəməyə vermək niyyətindədir. O, Avstraliya hökumətindən qeyri-qanuni rəftar, “Australian Open” turnirində iştiraka görə itirdiyi potensial gəlirə görə 6 milyon dollar təzminat tələb etməyi planlaşdırır.

Hazırda dünyanın birinci tennisçisinin vəkillərinin hansı məhkəməyə müraciət edəcəyi bəlli deyil.

Yanvarın 6-na keçən gecə Avstraliya açıq çempionatında iştirak etmək üçün ölkəyə daxil olarkən 34 yaşlı serbiyalı tibbi peyvənddən azad olunduğu üçün viza problemi ilə üzləşib. Onun vizası ləğv edilib.

Tennisçinin vəkilləri apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin edilib, lakin bir neçə gün sonra Avstraliyanın immiqrasiya naziri Aleks Houk onun vizasını yenidən ləğv edib. Bu dəfə məhkəməyə müraciət ayın 16-da ölkəni tərk etmək məcburiyyətində qalan Cokoviçin xeyrinə olmayan qərarla yekunlaşıb.

Mənbə: The Sunшаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.