Azərbaycan Premyer Liqasının 28-ci turunda öz meydanında “Qarabağ”ı qəbul edən “Xəzər Lənkəran” matçdan əvvəl dünən cəbhə bölgəsində baş vermiş hadisələrdə şəhid olanları anıb. Apasport.az saytının məlumatına görə, hazırda davam edən oyuna lənkəranlı futbolçular əsgərlərə dəstək olsun deyə hərbi formada çıxıblar. Matçdan öncəki bir dəqiqəlik sükut zamanı hərbi formada düzülən futbolçulara azarkeşlər də dəstək veriblər.