Portuqaliya və Polşa DÇ-yə vəsiqə qazandı

30-03-2022, 08:53           
Portuqaliya və Polşa DÇ-yə vəsiqə qazandı
2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub. Oxu.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

Türkiyəni uzaqlaşdıran Portuqaliya son Avropa çempionları İtaliyanı məğlub edərək həlledici matça vəsiqə qazanmış Şimali Makedoniya yığmasını qəbul edib. Siyasi səbəblərdən Rusiyanın kənarlaşdırılmasından sonra finala oynamadan vəsiqə qazanmış Polşa isə öz meydanında İsveçlə qarşılaşıb. Hər iki oyunda meydan sahiblərinin 2:0-lıq üstünlüyü qeydə alınıb.

Beləliklə də, Qətərdə keçiriləcək dünya çempionatına məhz Portuqaliya və Polşa vəsiqə qazanıb.

Qeyd edək ki, digər final görüşündə Uelsin rəqibi hələ bəlli deyil. Bu komanda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gəlməlidir.

DÇ-2022

Pley-off mərhələsi

Final

29 mart

Portuqaliya – Şimali Makedoniya 2:0

Polşa – İsveç 2:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.