Mane Seneqalı DÇ-yə çıxardı, Salah penaltini vura bilmədi - VİDEO

30-03-2022, 08:36           
Mane Seneqalı DÇ-yə çıxardı, Salah penaltini vura bilmədi - VİDEO
Seneqal millisi DÇ-2022-yə vəsiqə qazanıb.

İlk ev oyununda Misir Seneqalı 1:0 hesabı ilə məğlub edib. Cavab matçında isə Seneqal əsas vaxtda eyni hesabla üstün olub. Əlavə vaxtda komandalar fərqlənə bilməyib.

Penaltilər seriyasında Seneqal millisinin futbolçuları daha dəqiq olublar - 3:1.

“Liverpul”un misirli cinah oyunçusu Məhəmməd Salah 11 metrlik zərbə cəhdini boşa verib. Onun klub yoldaşı seneqallı Sadio Mane isə həlledici penaltini vurub.

Qeyd edək ki, Seneqal ardıcıl ikinci dəfə dünya çempionatında çıxış edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.