Müharibə müstəqil Ukraynanın ilk çempionunun sonuna çevrildi

30-03-2022, 09:17           
Müharibə müstəqil Ukraynanın ilk çempionunun sonuna çevrildi
Ukrayna ikinci liqasında çıxış edən “Tavriya” futbol klubu fəaliyyətini dayandırdığını açıqlayıb.
Qeyd edilib ki, klub fəaliyyətini Ukraynadakı müharibə səbəbilə dayandırıb. Bundan əlavə, klubun bu günə qədər üzləşdiyi çətinliklər də xatırladılıb. Belə ki, klub 2014-cü ildə Krımda baş verənlərdən sonra doğma Simferopolu tərk etməyə məcbur olub.

Bir müddət fəaliyyətini dayandırmalı olan müstəqil Ukraynanın ilk çempionu gücünü toplayıb, yenidən hədəflər uğrunda mübarizə aparmaq istəyində olsa da, ölkədə bu ilin fevralında başlayan müharibə “Tavriya”nı çətin vəziyyətə salıb. Beləliklə, növbəti dəfə fəaliyyətini dayandıran klub yenidən yaşıl meydanlara qayıdacağına ümid etdiyini vurğulayıb.

Mənbə: Segodnya.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.