Halilhociç 4 komanda ilə mundiala vəsiqə qazanan yeganə baş məşqçi olub

30-03-2022, 10:32           
Halilhociç 4 komanda ilə mundiala vəsiqə qazanan yeganə baş məşqçi olub
Futbol üzrə Mərakeş millisinin baş məşqçisi Vahid Halilhociç yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 70 yaşlı mütəxəssis buna yığma ilə bu il keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqla nail olub.

Bosniya və Herseqovinadan olan baş məşqçi 4 müxtəlif komanda ilə mundialda iştirak hüququ əldə edən ilk mütəxəssisdir.

Halilhociç daha əvvəl Kot d İvuar, Əlcəzair və Yaponiya seçmələrini dünya çempionatına aparıb.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru