Qətərdə keçiriləcək dünya çempionatına 27 ölkə vəsiqə qazanıb – SİYAHI

30-03-2022, 10:21           
Qətərdə keçiriləcək dünya çempionatına 27 ölkə vəsiqə qazanıb – SİYAHI
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına indiyədək 27 ölkənin milli komandası vəsiqə qazanıb.

İnterpress.az-ın məlumatına görə, son 5 vəsiqənin taleyinə pley-off oyunlarından sonra aydınlıq gələcək.

DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:

Avropa
Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə
Pley-off oyunları. İyun
Yarımfinal: Şotlandiya – Ukrayna
Final: Uels – Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika
Vəsiqə qazananlar (5): Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya
Vəsiqə qazananlar (5): Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri – Avstraliya
Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi – Peru

Cənubi Amerika
Vəsiqə qazananlar (4): Argentina, Braziliya, Ekvador, Uruqvay
Qitələrarası pley-off: 13/14 iyun. Peru – Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)
Vəsiqə qazanan (1): Kanada
CONCACAF-ı 3 və ya 4 ölkə təmsil edəcək

Okeaniya
Maksimum 1 komanda ilə təmsil olunacaq
Final
30 mart: Solomon adaları – Yeni Zelandiya
Cütün qalibi Qitələrarası pley-offda CONCACAF komandası ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru