Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb

30-03-2022, 10:23           
Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb
Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb.

"Report" "Opta Jean" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Cənubi Amerika seçməsini 5:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə nail olub.

Qarşılaşmada dubl edən forvard yığmanın heyətində XXI əsrdə ardıcıl beş matçın hər birində ən azı iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, Fransanın PSJ klubunda çıxış edən Mbappe 2017-ci ildən millinin formasını geyinir. Hücumçu bu müddət ərzində 53 oyunda 24 dəfə fərqlənib. Forvard 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının da qalibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru