ABŞ millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb

31-03-2022, 09:09           
ABŞ millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb
ABŞ millisi komandası 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin son oyununda Kosta Rikaya 0:2 hesabı ilə uduzub.

"Report"un məlumatına görə, görüş Kosta-Rikanın "Nacional de Costa-Rica (2011)" stadionunda keçirilib. Meydan sahiblərinin heyətində Xuan Varqas və Entoni Enrikes fərqləniblər. Hər iki qol görüşün ikinci hissəsində vurulub.

Beləliklə, nəticələrə görə, komandalar eyni xal toplayıb - 25. Lakin ABŞ millisi top fərqinə görə daha da irəli gedib.

Qeyd edək ki, paralel görüşdə Yamayka Hondurası qəbul edib. Qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:1.

Bu oyundan əvvəl hər iki komandanın dünya çempionatına vəsiqə qazana bilmədiklərini məlum idi. Qarşılaşmada hesabı Hondurasın hücumçusu Anxel Tejeda penaltidən açıb. Lakin sonra yamaykalı hücumçu Leon Beyli 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib və bununla da hesabdakı tarazlığı bərpa edib. Ancaq ev sahiblərinin yarımmüdafiəçisi Ravel Morrison ilk hissənin sonunda yekun nəticəni təyin edib.

Bu qələbə Yamayka üçün seçim mərhələsində ikinci olub. Honduras bu yarışda heç vaxt qalib gəlməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.