Qətərdə keçiriləcək dünya çempionatına 29 ölkə vəsiqə qazanıb - SİYAHI

31-03-2022, 11:54           
Qətərdə keçiriləcək dünya çempionatına 29 ölkə vəsiqə qazanıb - SİYAHI
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb.

"Report"un məlumatına görə, son 3 vəsiqənin taleyinə iyunda təşkil olunacaq pley-off qarşılaşmalarından sonra aydınlıq gələcək.

DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:

Avropa
Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə
Pley-off oyunları. İyun
Yarımfinal: Şotlandiya - Ukrayna
Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika
Vəsiqə qazananlar (5): Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya
Vəsiqə qazananlar (5): Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya
Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru

Cənubi Amerika
Vəsiqə qazananlar (4): Argentina, Braziliya, Ekvador, Uruqvay
Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)
Vəsiqə qazananlar (3): Kanada, ABŞ, Meksika
Qitələrarası pley-off: İyun. Kosta Rika - Yeni Zelandiya

Okeaniya
Maksimum 1 komanda ilə təmsil olunacaq
Final
Qitələrarası pley-off: İyun. Yeni Zelandiya - Kosta Rika

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru