Norveç klubu “Qarabağ”ın hücumçusu ilə bağlı transfer xəbərinə aydınlıq gətirib

1-04-2022, 08:38           
Norveç klubu “Qarabağ”ın hücumçusu ilə bağlı transfer xəbərinə aydınlıq gətirib
Norveçin “Volerenqa” klubunun idman direktoru Yorgen İngebriqtsen “Qarabağ”ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Klub rəsmisi yerli mətbuata müsahibəsində seneqallı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.

O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ümumiyyətlə ön xətt oyunçusu almaq istəmədiklərini vurğulayıb.

Qeyd edək ki, İbrahima Vadji “Qarabağ”a cari mövsümün əvvəlində Norveçin “Haugesund” komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru