İtaliyalı futbolçu evinin qapısını ukraynalı qaçqın ailəyə açdı: “İstədikləri qədər qala bilərlər” - FOTO

1-04-2022, 09:39           
İtaliyalı futbolçu evinin qapısını ukraynalı qaçqın ailəyə açdı:
İtaliyanın “Empoli” klubunda çıxış edən qapıçı Qulyelmo Vikario müharibə səbəbindən Ukraynadan didərgin düşmüş ailəyə sahib çıxıb.

Artıq Anna və onun 11 yaşlı oğlu Milan futbolçunun evində məskunlaşıblar.

“Anna və Milan istədikləri qədər bizimlə qala bilərlər. Mən məhz belə dəyərlərlə böyümüşəm. Bir neçə il əvvəl əmim Efiopiyada doğulan iki uşağı övladlığa götürmüşdü. Onlar artıq mənim əmioğlanlarımdır”, - deyə 25 yaşlı qolkiper vurğulayıb.

Qulyelmo Vikario 11 yaşlı Milanı futbol məktəbinə yönəldəcəyini də dilə gətirib:

“Milana söz verdim ki, Udinezedə ona futbolun sirlərini öyrədəcək və gələcəkdə oynamasına şərait yaradacaq futbol məktəbi axtaracağam”.


Mənbə: La Gazzetta dello Sport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru