Ermənistan güləşçisindən TƏXRİBAT: Güləşçimiz rəqib qarşısında salto vurdu

1-04-2022, 20:10           
Ermənistan güləşçisindən TƏXRİBAT:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.

Teref.az"Report"a istinadən xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru