FİFA referisi Əliyar Ağayev növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FİFA referisi Ə.Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun 3-cü turu çərçivəsində aprelin 3-də keçiriləcək “Olimpiakos” – AEK oyununun baş hakimi olacaq.