“Atletiko” autsayderlə görüşdə inamlı qələbə qazandı - VİDEO

3-04-2022, 09:17           
“Atletiko” autsayderlə görüşdə inamlı qələbə qazandı - VİDEO
Ispaniya çempionatının 30-cu turunda Madrid “Atletiko”su evində “Alaves”i qəbul edib.

Meydan sahibləri 11-ci dəqiqədə J.Feliksin qolu ilə hesabı açıb.

63-cü dəqiqədə “Alaves” G.Eskalantenin qolu ilə hesabı bərabərləşdirib. Bundan sonra hücumların sayını artdıran ev sahibləri 75-ci dəqiqədə L.Suarezin penalti zərbəsindən vurduğu qolla yenidən üstünlüyü ələ alıb. 82-ci dəqiqədə J.Feliks özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Oyunda son nöqtəni 90-cı dəqiqədə L.Suarez qoyub - 4:1.

Autsayderlə görüşdə inamlı qələbə qazanan “Atletiko” xallarının sayını 57-ə çatdıraraq üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru