Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

3-04-2022, 11:33           
Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha 5 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.

100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni raundda Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru