Rusiyanı kütləvi tərk edən legionerlər - Sayları açıqlandı

5-04-2022, 10:08           
Rusiyanı kütləvi tərk edən legionerlər -
Rusiya Premyer Liqasını tərk edən legionerlərin sayı 40-a çatıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son olaraq Moskva “Spartak”ının isveçli hücumçusu Cordan Larsson ölkəni tərk edib. O, digər əcnəbi oyunçular kimi FİFA-nın qeyri-transfer pəncərəsi dövründə Rusiya və Ukraynada oynayan legionerlərə müharibə səbəbindən verdiyi azad agent statusundan yararlanıb.

Ən çox legioner “Krasnodar”ı tərk edib. Bu komandanın bütün əcnəbi üzvləri (yeddi futbolçu, altı baş məşqçi) başqa ölkələrə üz tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.