Platini FIFA prezidentini məhkəməyə verib

6-04-2022, 09:02           
Platini FIFA prezidentini məhkəməyə verib
UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın rəhbəri Canni İnfantinonu məhkəməyə verib.

"Report"un "The New York Times" saytına istinadən məlumatına görə, o, isveçrəli funksioneri səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.

Fransalı veteran hücumçu İnfantino ilə yanaşı, ali futbol qurumunun hüquq departamentinin keçmiş direktoru Marko Villigeri də ittiham edib. Artıq məsələ ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Mişel Platini isə 2007 - 2016-cı illərdə UEFA prezidenti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru