"Liverpul" ilk dəfə ardıcıl 8 səfər oyununda qələbə qazanıb

6-04-2022, 09:42           
"Liverpul" ilk dəfə ardıcıl 8 səfər oyununda qələbə qazanıb
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı 3:1 hesabı ilə məğlub edən İngiltərənin "Liverpul" klubu yeni uğura imza atıb.

"Report" "Opta Joe" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 8 səfər matçında qalib gəlib.

Komandanın növbəti səfər görüşü İngiltərə Premyer Liqasının XXXII turunda "Mançester Siti"yə qarşı olacaq.

Qeyd edək ki, "Liverpul" və "Benfika" komandaları arasında cavab qarşılaşması aprelin 13-də "Enfild" stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru