Azərbaycan para-atleti QIZIL MEDAL qazandı 27-05-2022, 06:58 Azərbaycan para-atleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, idmançı nüvə itələmə kateqoriyasında (F57) 13.02 metr nəticə göstərib.Nəbiyev bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Facebook-da paylaş