Avstraliya DÇ-2022-yə vəsiqəni “lotoreya” ilə qazandı - VİDEO

14-06-2022, 09:16           
Avstraliya DÇ-2022-yə vəsiqəni “lotoreya” ilə qazandı - VİDEO
DÇ-2022-yə yollanacaq daha bir yığma komandanın adına aydınlıq gəlib.

Qətərin Əhməd bin Əli stadionundakı matçda Asiya konfederasiyasının təmsilçisi qismində çıxış edən Avstraliya KONMEBOL-un 5-ci komandası olan Peru ilə qarşılaşıb.

Oyunun əsas və əlavə olunmuş vaxtları qolsuz bərabərliklə bitdiyindən qalibi penaltilər müəyyənləşdirib - 0:0.

11 metrlik cərimə zərbələrində daha dəqiq olan Avstraliya (5:4) Dünya çempionatının finalına vəsiqə qazanıb - 5:4.

Qeyd edək ki, Avstraliya çempionatın final turnirində Danimarka, Fransa və Tunislə birlikdə D qrupunda çıxış edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru